Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
44 günə 30 ilin nisgilinə, acısına, torpaq həsrətinə son qoyuldu

0

  •       27 Sentyabr - Azərbaycan xalqının öz ata-baba torpaqlarına qovuşacağı, milli qürurunun özünə qaytarıldığı günün, Azərbaycanın Ermənistan üzərində qələbəsinin başlanğıcıdır.​ ​ Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifəsini yazdı. Tarix boyu azərbaycanlılara öz torpağında qənim kəsilən, davamlı olaraq xalqımıza müsibətlər, faciələr yaşadan erməni vandallarına öz gücümüzü, qüdrətimizi göstərdik.​ ​ Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları, Azərbaycana hərbi təcavüzü, etnik zəmində təxribatları, terror əməlləri ilə başlamışdır. Dağlıq Qarabağ əzazisində 1828-ci ildən sonra məskunlaşmış ermənilərdən fərqli olaraq, Sovet hakimiyyəti azərbaycanlıların kompakt məskunlaşdığı ərazilərə Ermənistan SSR daxilində muxtar status vermədi. Əksinə orada yaşayan azərbaycanlılar 1948-1952-ci və 1988-1991-ci illərdə öz tarixi torpaqlarından deportasiya edildi.​ ​ 1988-ci ilin əvvəlində DQMV-nin mərkəzi Xankəndi şəhərində ermənilərin keçirdiyi mitinq və nümayişlərdən sonra bu regionun Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi üçün addımlar atdılar. 1988-ci ildən başlayaraq 1993-cü ilə kimi Azərbaycan torpaqlarının 20%-ni işğal etdilər, 1 milyondan çox Azərbaycan vətəndaşı öz doğma torpaqlarından işgəncələrə məruz qalaraq qovuldular, köçkün düşdülər. Xalqımıza qarşı insanlığa sığmayan faciələr törətdilər. Minlərlə insanı amansızlıqla qətlə yetirdilər.​ ​ ​ Qanlı 20 Yanvar faciəsi, Xocalı faciəsi, Şuşanın, Xankəndinin, Kəlbəcərin, Laçının, Qubadlının, Ağdərənin işğalı, 20 min həmyerlimizin həyatına son qoyulması, maddi-mədəniyyət abidələrimizin dağıdılması, təbii sərvətlərimizin talan edilməsi...​ ​ ​ Azadlığımıza qənim kəsilən , torpaqlarımıza göz dikən məkrli ermənilər tərəfindən xalqımıza, vətənimizə vurulan daha neçə zərbə, milli varlığımıza, soykökümüzə yönələn daha neçə məkrli plan...​ ​ ​ Aprelin 1-dən 2-nə keçən gecə bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz erməni silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Əks-hücuma keçən ordumuz ermənilərin lovğalıqla "keçilməz" elan etdikləri istehkam xətlərini bəzi yerdə 20 dəqiqəyə, bəzi yerdə 2 saata yarıb keçdilər. Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altında olan 2 min hektardan çox ərazisi azad edildi.Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Lələtəpə yüksəkliyi ordumuzun nəzarətinə keçdi. Bundan sonra da ermənilər öz çirkin əməllərindən əl çəkmədilər .2020-ci ilin iyul ayında Ermənistan hərbi birləşmələri Azərbaycanın dövlət sərhədində, Tovuz rayonu istiqamətində strateji yüksəklikləri ələ keçirmək məqsədi ilə hücuma keçdilər. 11 gün davam edən şiddətli döyüşlər nəticəsində düşmən geri oturduldu. Döyüşlərdə general -mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev daxil olmaqla 12 nəfər hərbçi, bir mülki şəxs şəhid oldu.​ ​ ​ Nəhayət, 2020-ci il sentyabrın 27-də saat 6 radələrindən başlayaraq Ermənistan ordusu Azərbaycan ordusunun cəbhə boyu mövqelərinə hücuma keçdilər. Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladılar.Ön cəbhədə rəşadət göstərən ordumuz, arxa cəbhədə onlara dəstək olan xalqımız​ bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbə endirdilər. 44 günə 30 ilin nisgilinə, acısına, torpaq həsrətinə son qoyuldu. Azərbaycan xalqı ən məğrur, yenilməz xalq kimi, ordumuz isə dünyanın ən güclü, peşəkar ordusu kimi tarix yazdı. Ordumuz sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks -həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə 300 kənd işğaldan azad etdi. Ordumuz bir güllə atmadan Prezidentimizin apardığı uğurlu​ siyasət nəticəsində Ağdamı, Laçını, Kəlbəcəri işğaldan azad etdi. Sentyabrın 27-də başlanan haqq savaşımız noyabrın 8-də Şuşanın azad olunması ilə başa çatdı. Noyabrın 9-dan 10-a keçən gecə Prezident İlham Əliyevin iştirakı ilə Üçtərəfli birgə bəyanat qəbul olundu. İkinci Qarabağ müharibəsində oğullarımız şücaət göstərdilər, şəhid oldular.​ ​ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə hər il sentyabrın 27-i ölkəmizdə "Anım Günü" kimi qeyd edilir.Allah şəhidlərimizə rəhmət eləsin.Yaşasın bütöv Azərbaycan.Qarabağ Azərbaycandır!​Nazim Qədirov,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib93 dəfə
    44 günə 30 ilin nisgilinə acısına torpaq həsrətinə son qoyuldu

    Maraqlı gələ bilər
    108
    83
    80